Yuxarı

Bunu Paşinyan özü etiraf edib - Abdullayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu Paşinyan özü etiraf edib - Abdullayev

Təəssüf ki, erməni işğalının nəticələri dağıdıcıdır. İşğal dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər minlərlə abidədən 400-dən çoxunun məhv edildiyi müəyyənləşdirilib. Azərbaycana məxsus mədəni və dini əmlak talan edilib, dağıdılıb, dəyişdirilib və qanunsuz olaraq Ermənistana aparılıb. Bu, 1954-cü il Haaqa konvensiyası və onun iki protokolunun, eləcə də 1970-ci il Konvensiyasının açıq şəkildə pozulmasıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun İcra Şurasının 211-ci sessiyasında çıxışı zamanı söyləyib.

Bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat, atəşin və Ermənistanla Azərbaycan arasındakı bütün hərbi fəaliyyətlərin tamamilə dayandırılması ilə nəticələnib və ərazilərimizin Ermənistan tərəfindən təxminən 30 illik işğalına son qoyulub.

Vurğulayıb ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri Şuşa şəhərini “İsgəndər” ballistik raketlərlə hədəfə alıb. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır və UNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raketin atılmasını Ermənistanın baş naziri özü etiraf edib. Bu, açıq hərbi cinayətdir və 1954-cü il Haaqa Konvensiyasının və İkinci Protokolunun açıq şəkildə pozulmasıdır. Ermənistanda ən yüksək səviyyədə etiraf edilən bu düşmənçilik hərəkəti, açıq şəkildə Ermənistan hökumətinin mədəni və dini dəyərlərə qarşı sərt yanaşmasını əks etdirir. Bu hərəkətlərdən məsul olanlar ədalət məhkəməsində mühakimə olunmalıdırlar.

Tarix
2021.04.14 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla