Yuxarı

ABŞ mediası: "Azərbaycan ən inkişaf etmiş müsəlman ölkəsidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ mediası:  "Azərbaycan ən inkişaf etmiş müsəlman ölkəsidir"

ABŞ-ın "Hill" qəzeti Azərbaycanı XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsi adlandırıb.

APA-nın məlumatına görə, "Azərbaycan, neft və XXI əsr" başlıqlı məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim "İpək yolu" ölkəsi kimi tanınır.

Müəllif 800 il əvvəl inşa olunmuş qədim məscidin Azərbaycanda olduğunu xüsusi vurğulayır. Zəngin neft ölkəsi olan Azərbaycanın İkinci dünya müharibəsi zamanı SSRİ-nin neft tələbatını tam ödəyib. Həmçinin qədim memarlıq ənənələrini qoruyub saxlayan paytaxt Bakının dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyi qeyd olunur. 1990-c il 20 yanvar hadisələri zamanı Azərbaycan xalqının müstəqillik əldə etdiyi də vurğulanır. "Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisi erməni işğalçıları tərəfindən zəbt olunub. BMT Təhlükəsizlik Şurasında isə bu ərazilərin azad olunmasını tələb edən qətnamələr qəbul edilib".

Azərbaycanda yüksək səviyyədə tolerantlıq mühitinin olduğunu vurğulayan müəllif Bakıda müxtəlif dinlərə məxsus məbədlərin olduğunu önə çəkib.

İlk Avropa oyunlarının keçirilməsini Azərbaycanın növbəti uğuru adlandıran müəllif təşkilati işlərə 10 minlərlə könüllünün cəlb edildiyini xüsusi qeyd edib. Məqalədə bildirilir ki, erməni idmançıların da bu yarışlara cəlb edilməsi Azərbaycanın sülhpərvər ölkə olduğunu göstərir.

Tarix
2015.06.13 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla