Yuxarı

Separatçılardan yeni təxribat: Qarabağda “postlar”... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçılardan yeni təxribat: Qarabağda “postlar”... - Foto

Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasında separatçı ermənilər bütün yollarda “yeni nəzarət məntəqələri” yaratmaq istəyir.

Axar.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin çətiri altına sığınaraq, öz separatçı-terrorçu fəaliyyətlərini davam etdirən erməni “polis”inin “mətbuat xidməti” məlumat yayıb.

Qeyd olunur ki, aprelin 16-da özünü “Qarabağ polis”inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.

İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır.

Bundan əvvəl, rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirmyə çalışan keçmiş və qondarma qurumun tör-töküntülərindən “daxili işlər naziri” sayılan Karen Sərkisyanın əmri ilə Şuşakənd (“Şoş”) – Dağyurd (“Saruşen”) - Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.

Qeyd edək ki, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə Azərbaycanı antiterror əməliyyatı keçirməyə məcbur edir.

Tarix
2021.04.18 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla