Yuxarı

Qarabağda “peşəkar ordu” oyunu: Nikol geri çəkilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı rus sülhməramlılarının arxasında gizlənərək fəaliyyət göstərməyə çalışan separatçı-terrorçular aprelin 16-da qondarma “hərbi xidmət və hərbi qulluçuların statusu haqqında qanuna” dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddini 55 yaşa qaldırıb.

55 yaşa qədər erməni kişi və qadınlar separatçıların “peşəkar ordu” dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq.

Bunun iki səbəbi var: 1) Qarabağdakı “peşəkar ordu” adı altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığı; 2) Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq getməsi.

Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb. Bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, “peşəkar hərbi birliklər” yaratmaq istiqamətində iş aparılır.

Belə qruplaşma Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır.

Bu “dəyişiklik qərarı” fonunda Ermənistanda Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılmasını seçki vədləri sırasına daxil etməsi diqqət çəkir. Nikol deyir ki, hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir üç aylıq təlim yetərlidir.

Bu vəd müharibədən qorxan erməni valideynlərinin səsini qazanmaq gedişidir. Ermənistanda hərbçi ailələrinin övladlarının Qarabağdan qaytarılması tələbi fonunda Paşinyanın erməni hərbi birləşmələrini seçki öncəsi çıxarmaqla əsgər validenyləri və hərbçi ailələrinin də səsini qazanmaq gedişi edə biləcəyi gözləniləndir.

Lakin Ermənistan silahlı qüvvələrində ixtisarların aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi xəbərləri fonunda Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham mövzusu verməmək üçün fərqli gediş edə bilər: ya çıxarılma prosesi seçkidən sonra həyata keçiriləcək (Ermənistandakı seçkiləri maraqlarımız istiqamətində yönləndirmək istəyən Bakı ilə razılaşma mümkün görünür); ya da çıxarılma prosesinin rəsmi elanını seçkidən sonraya saxlayacaq.

Proseslərin inkişafının 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu deyə bilərik və bunun reallaşması əlimizi gücləndirəcək:

1. Ermənistanın Qarabağda hərbi varlığına son qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək;

2. Azərbaycan separatçıların yaradacağı “hərbi birlikləri” qanunsuz silahlı qruplaşma elan edəcək, ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir;

3. Azərbaycan Monitorinq Mərkəzində təmsil olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində antiterror əməliyyatı keçirə bilərik;

4. Mümkün antiterror əməliyyatında qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq.

Və ən mühümü: Ermənistanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndidə idarəçiliyinin təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər.

Tarix
2021.04.19 / 16:40
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN

COP29-da danışıqlar prosesində irəliləyişlər var

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdü

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

Prezident Ramçandra Paudel ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla