Yuxarı

Azərbaycan bu problemləri həll etdi - İordaniyalı tarixçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu problemləri həll etdi - İordaniyalı tarixçi

İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında tarixçi alim Ömər əl-Armutinin Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər haqqında geniş məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun 44 günlük müharibədə Qələbəsinin azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmalarına şərait yaratdığı qeyd edilir.

“Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Onların arasında əsrlərboyu müasir Ermənistan ərazisində də yaşayan və ermənilərin ölüm təhdidi ilə evlərini tərk etməyə məcbur olan azərbaycanlılar da var idi. Bu insanlar uzun müddət ağır şəraitdə, çadır şəhərciklərində yaşayıblar. Hazırda 10 milyona yaxın əhalisi olan Azərbaycan çox sayda qaçqın və məcburi köçkünün problemlərini həll edib. Yeni əsrin əvvəlində sürətli iqtisadi inkişafa nail olan Azərbaycan hökuməti beynəlxalq humanitar təşkilatlarla koordinasiya şəraitində onların həyat şəraitinin yaxşılaşdırılması üzrə məsuliyyəti öz üzərinə götürüb. Bundan başqa, Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, özünün düşünülmüş iqtisadi siyasəti nəticəsində qısa müddətdə humanitar yardım qəbul edən ölkədən donor dövlətə çevrilib. Bu ölkədə məcburi köçkünlər üçün yüzlərlə qaçqın şəhərcikləri salınıb, onların sosial şəraitini yaxşılaşdırmaq istiqamətində xeyli iş görülüb", - müəllif qeyd edib.

Tarix
2021.04.21 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla