Yuxarı

İrəvanda “Soros demokratiyası”: 20 nəfər həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm, gələcək nəsillər üçün politoloji dərsliklərə “Sorossayağı demokratiya” anlayışını qeyd edək. Təbii, sual oluna bilər ki, nədir bu “Sorossayağı demokratiya”? Cavabı çox bəsitdir: N.Paşinyanın bölgələrə səfərinə etiraza görə Ermənistanda 20 nəfərə yaxın adamın, o cümlədən Mehri şəhərinin merinin tutulması və beynəlxalq hüquq-müdafiə təşkilatlarının buna səssiz qalması “Sorossayağı demokratiya”nın əyani nümunəsidir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, əksər beynəlxalq hüquq-müdafiə təşkilatları, tanınmış media qurumları Qərbdəki bəzi siyasətçilər bu və ya başqa formada Soros tərəfindən maliyyələşir:

“Gözəl bir misal var: pul almağa öyrəşən buyruq almağa da öyrəşər. Yəni bu gün adıçəkilən təşkilatların N.Paşinyanın bölgələrə səfərinə etiraza görə 20 nəfərə yaxın adamın, o cümlədən şəhər merinin tutulmasına səssiz qalması əvəzində Azərbaycanda baş verən ən kiçik hadisəni qabartması əslində onların mahiyyətinin nümayişidir.

Bu gün oxşar hadisələr Azərbaycanda baş versəydi, əmin olun ki, Sorosun nəzarətində olan beynəlxalq hüquq-müdafiə təşkilatlarının, medianın və ələbaxan siyasətçilərin, ekspertlərin reaksiyası tam fərqli olardı. Bu gün dünya Soros maliyyəsi ilə ikiüzlülük edən beynəlxalq hüquq-müdafiə təşkilatlarını, media orqanlarını, siyasətçiləri tanımalıdır. Çünki gec-tez Azərbaycanın üzləşdiyi qərəzli mövqe ilə başqa ölkələr də üzləşəcək”.

Tarix
2021.04.23 / 15:33
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla