Yuxarı

Kremldən Yaraliyevə ağır zərbə: Savaş qızışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən Yaraliyevə ağır zərbə: Savaş qızışır

Dərbənd meri İmam Yaraliyev Vahid Rusiya Partiyasının Dağıstandakı şöbəsinin Siyasi şurasından çıxarılıb.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına görə, artıq iqtidar partiyası da Yaraliyevin fəaliyyətindən narazıdır. Bundan başqa, partiya daxilində Yaraliyevin Dərbənddəki yubiley tədbirlərindən sonra istefaya göndəriləcəyi və yerinə ləzgi millətindən olan başqa bir şəxsin gətiriləcəyi ilə bağlı şayiələr gəzir.

Qeyd edək ki, Yaraliyev nəinki Dağıstan, həm də Rusiyada güclü əlaqələrə sahibdir. Rusiya Dumasının deputatı olması və Dağıstandakı hakimiyyətdə təmsil olunması ona bu əlaqələri qurmağa şərait yaradıb. Yaraliyevin digər bir dəstəkçisi isə ləzgi milyarderi Süleyman Kərimovdur. Dağıstan Prezidenti ilə kəskin münaqişədə olan mer artıq Rusiya Prezidentinin Şimali Qafqaz üzrə nümayəndəsi, milliyətcə ləzgi olan Sergey Məlikovun da dəstəyini itirib.

İmam Yaraliyev həm də Azərbaycan qarşı terror təşkilatı kimi tanınan "Sadval"ın əsas himayədarlarından hesab olunur.

Tarix
2015.06.18 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla