Yuxarı

Xankəndi bu tarixdə Bakının tam nəzarətinə keçəcək – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi bu tarixdə Bakının tam nəzarətinə keçəcək – Video

2021.05.02, 22:26

İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

Axar.az xəbər verir ki, bu barədə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb.

“Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur – red.) anlaşması mövcuddur. İnsanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

Qısaca desək:

1. Hər şey edilməlidir ki, “türkonikol” seçkilərdə mümkün qədər az səs alsın;

2. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın;

3. Anlamaq lazımdır ki, istənilən türkonikol – düşməndir”, - o bildirib.

Qeyd edək ki, ictimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda müzakirələrə səbəb olub. "10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun" - Ə.Şahidov yazıb.

Bunun ardınca Qarabağ separatçıları təkzib yayıblar və Xankəndini "rus sülhməramlıları və "artsax ordusu"nun qoruduğunu" elan ediblər.

20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək.

Tarix
2021.05.03 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla