"Səid Nursi tələbələri olaraq baş verən bütün hadisələri
şiddətlə qınayırıq".
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,
bu açıqlama ilə Səid Nursinin tələbələri çıxış edib.
Onlar heç bir halda siyasi oyuna qurban olmaq istəmədiklərini
bildiriblər. "Biz istənilən halda heç bir oyunun tərəfdarı olmaq
niyyətində deyilik. Camaat adına siyasi fəaliyyət həyata keçirmək,
siyasi partiyalarla sövdələşmə etmək, dövlət içində dövlət qurmaq,
iqtidara ortaq olmağa çalışmaq kimi fəaliyyətlərin hamısı "Risaleyi
Nur"un iman və Quran "hizmet"i ilə təzad təşkil edir". Bununla
yanaşı onlar istənilən halda "hizmət"in tamamilə başqa mahiyyət
daşıdığını və siyasətə qurban verilməməsini istəyiblər.
Qeyd edək ki, Səid Nursi Nur camaatının ilk lideri olaraq
tanınır. O, hazırda da camaatın(nurçuların) ən çox bəhrələndiyi
"Risaleyi Nur" əsərinin müəllifidir.