Yuxarı

Qaragöllə bağlı razılaşmanın detalları - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaragöllə bağlı razılaşmanın detalları -

Sərhədlə bağlı danışıqlar başa çatıb, Azərbaycan və Ermənistan razılığa gəliblər.

Axar.az xəbər verir ki, müxtəlif erməni mənbələri razılaşma ilə bağlı bəzi detalları da yayımlayır:

- Azərbaycan Ermənistanın tələb etdiyi formada tamamilə geri çəkilməyib: Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;

- 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;

- Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq;

- Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb.

Bu, erməni mənbələrin iddia etdiyi razılaşmadır. Razılaşma ilə bağlı ən maraqlı şərhi “Hraparak” nəşri yazıb.

“Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”, - nəşr yazır.

Qeyd edək ki, bundan öncə Dirçələn Ermənistan Partiyasının sədri Vaqe Akopyan hər iki tərəfin Qaragöldə üzbəüz 4 post quracağı haqda razılaşma olduğu haqda məlumat yaymışdı.

Tarix
2021.05.16 / 23:41
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla