Ana səhifə Gündəm |
Olimpiya Oyunlarına Qarşı Beynəlxalq Şəbəkə (CON) 2012-ci ildə təsis edlib (https://counterolympicsnetwork. wordpress.com/about/).
APA xəbər verir ki, adı bir qədər çaşdırıcıdır, yəni əslində CON təmsilçiləri olimpiadalara qarşı deyillər. Hədəfləri Olimpiaya oyunlarına sponsorluq edən transmilli korporasiyalardır. Başqalarından fərqli olaraq niyyətlərini gizlətməyən CON təsisçiləri açıq şəkildə bildirirlər ki, təşkilatlanmalarının səbəbi təmsil etdikləri şirkətlərin Olimpiya oyunlarının sponsorları sırasında qatılmalarına nail omaqdır (http://vse-o-sochi.ru/olympic-games-2014/423-aktivizirovalos-antiolimpiyskoe-dvizhenie.html): "İri şirkətlər Olimpiya oyunlarına sponsorlu etməklə bir tərəfdən reklam olunurlar, digər tərəfdən isə burada öz məhsullarının satışını təşkil etməklə ikitərəfli qazanc əldə edirlər.
Amma Olimpiya oyunlarının sponsorluğu ənənəvi olaraq bir qrup transmilli korporasiyalara həvalə olunduğu üçün, başqaları bu sıraya müdaxilə edə bilmirlər, nəticədə böyük maliyyə vəsaiti qazanmaqdan məhrum olurlar". İnternet saytlarındakı məlumatdan aydın olur ki, CON-u Olimpiya oyunlarına sponsorluq edən ənənəvi şirkətlərin rəqibləri yaradıblar və məqsədləri sponsorlar sırasında yer tutmaqla yeni iqtisadi imkanlar əldə etməkdir.
CON 2012-ci ildə Londonda, 2014-cü ildə Soçidə Olimpiada
keçirilən zaman aktivləşmək istəyib. Amma mövqeyi qeyri-ciddi
qarşılandığı üçün səhnədən silinib. Mövzunu dəyişib ayaqda qalmaq
üçün manevr də edə bilməyiblər. Məsələn, Soçi olimpiadası
ərəfəsində diqqət mərkəzinə gəlmək üçün Rusiyada "Çərkəzlərin
soyqırıma məruz qalmasına qarşı kampaniya" keçirmək istəsələr də,
populyarlıq qazana bilməyiblər. İnsan haqları müstəvisində oyun
qurmaq cəhdləri baş tutmayıb. Uğursuzluqdan yaranan ruh düşkünlüyü
toparlanmalarına imkan verməyib və 2015-ci il Bakıda keçirilən I
Avropa Oyunları ərəfəsində hər hansı bir aksiya planlaşdırmayıblar.
Amma nə qədər künc-bucaqda qalmış olarsalar da, Rebekka Vinsentin
diqqətindən yayınmayıblar.
Bakı Oyunları ərəfəsində ABŞ-ın yönləndirməsi ilə anti-Azərbaycan
kampaniyaya cəlb edilmiş 3 koalisiya, 12 QHT-yə, bir o qədər də
KİV-ə koordinator təyin edilən bu xanım, heç bir uğur qazana
bilməyib və sonda "boğulmamaq üçün saman çöpünə əl atıb". Rebeka
Vinsent düşdüyü məğlub durumdan çıxmaq üçün iyunun 20-də CON-a üz
tutub. Tvitter səhifəsindən CON-a ünvanladığı "Bakıda oyunlar
bitir, nə düşünürsüz?" sualını, əslində bu xanımın düşdüyü durumun
göstəricisi kimi şərh etmək mümkündür. I Avropa Oyunlarının açılış
mərasimində çıxış etmiş Ledi Qaqaya koordinatoru olduğu "İdman və
İnsan haqları" koalisiyası adından müraciət göndərib Bakı əleyhinə
ifadə almaq istəyən, istəyinə nail olmayınca CON kimi küncdə qalmış
təşkilatlara üz tutan Vensentin hərəkətləri məntiqi ardıcıllıqdan
daha çox, uğursuzluq sindromundan çıxmaq cəhdinə bənzəyir. Düzdür,
özündən ağıllıların məsləhətlərini dinləyərək sonradan bu müraciəti
səhifəsindən silsə də, bu, onun düşdüyü durumun mənzərəsini
dəyişmir. Qınamaq da olmur, sərf edilən milyonlarla vəsait, böyük
media və QHT resursu qarşılığında Rebeka Vinsentə həvalə edilən
missiya tam iflasa uğradı.
Oyunlarında bu xanımın da rol aldığı məlum güc mərkəzinin
iradəsinin ziddinə olaraq, Avropa Oyunlarını geosiyasi çəkişmə
müstəvisinə keçirmək, siyasiləşdirmək mümkün olmadı, Bakı
Oyunlarının boykotu baş tutmadı. Heç bir ölkənin idman komandası
Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkə MOK-u siyasi
bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların
iştirkçısına çevrilmədi. ABŞ-ın və onun Avropadakı bütün
resurslarının cəlb edildiyi anti-Azərbaycan kampaniyası alt-üst
oldu. Bu kampaniyada onlara dəstək vermiş "5-ci kolon" üzvlərinin
toxunulmazlığı belə təmin edilmədi, onları hüquqi məsuliyyətdən
yayındırmaq cəhdləri baş tutmadı. Bir həftə içində I Avropa
Oyunları bitəcək: Azərbaycanın uğuru, anti-Azərbaycan qüvvələrin
məğlubiyyəti ilə.
Artıq bir mərkəzdən idarə olunan xarici anti-Azərbaycan şəbəkənin
də arqumentləri bitib. Nə qədər eyni qondarma mövzunu diqqətə
gətirmək və gündəmdə saxlamağa çalışmaq olar. Axı beynəlxalq
medianın də öz dəyərləri, kodeksləri, informasiya siyasəti,
informasiyaya yanaşma və təqdimat meyarları var. Onlar da öz
nüfuzlarını boş və mənasız məsələlərə xərcləyə, qeyri-obyektiv və
aktuallıq kəsb etməyən mövzuları günlərlə əsas xəbər kimi az qala
manşetdə saxlaya bilməz və hətta "qüdrətli mərkəzlərin mənafeyi
naminə" öz imiclərinə bu qədər kobud zərbə vura bilməzlər. Adi
oxucu da bu yanaşmanın kampaniya xarakterli olduğunu görür və
günlərlə təkrarlanan mövzudan bezərək həmin media orqanlarına
müraciət edib-etməmək haqqında düşünür. Buna görə də "Assoşeyted
Press" kimi nüfuzlu media orqanının bir daha stadionlarda "boş
oturacaqlar" axtarışına çıxmayacağını, BBC-nin bir həftə bundan
əvvəl xüsusi təşkil olunmuş "cəbrayıllı Bono"nun sərgüzəştlərini
yanlış şəkildə təqdim etməyəcəyini, "Qardian"ın ("The Guardian") da
jurnalistlərin yazılarını təhrif olunmuş şəkildə verməyəcəyini
deməyə əsas vardır.
Vinsentin çaşqın durumu onun təsir dairəsində olan anti-milli
KİV-lərin fəaliyyətində də hiss olunur. Meydan TV tənqid etməyə
mövzu tapmayınca, qondarma problemlər yaratmağa başlayıb.
Yaşadığımız həftə içində çəkdiyi mövzu qıtlığını həftə sonunda
"Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviçi
bir saat ərzində öldürüb-diriltməklə" kompensasiya etmək istədi.
Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının internet
səhifəsindən 2010-cu ilə aid qondarma və naftalin iyi verən diaqram
tapıb səhifəsinə yerləşdirməklə sübut etməyə çalışdı ki, sən demə,
Azərbaycan da az qala Ermənistan qədər qeyri-tolerant ölkə
imiş.
Qrupun başqa bir təmsilçisi - "Azadlıq" qəzeti isə daha "səmimi
davrandı". "Avropa Oyunları özündən sonra hansı problemləri
buraxacaq?" (
http://www.azadliq.info/xeberler/358-xeber/68922-avropa-oyunlar-oezuendn-sonra-hans-problemlri-buraxacaq.html)
başlıqlı yazıda artıq I Avropa Oyunları dönəmi bitmiş sayılır,
növbəti mərhələ üçün fəaliyyət proqramları qurulur, problem
yaratmaq üçün tezislər müəyyənləşdirilir. Yazıda etiraf olunur ki,
bu cür möhtəşəm tədbirlər keçirmək "hətta inkişaf etmiş, oturuşmuş
dövlətlərdə belə, ...təlatümlər yaradır". Ölkənin gələcəyini
problemlər məngənəsində göstərmək istəyən bu cümlələrin
müəllifləri, özlərindən asılı olmayaraq, Azərbaycanın uğurunu
etiraf ediblər: bəli, bu cür möhtəşəm tədbirlər təşkil etmək hətta
böyük dövlətlər üçün çətindir. Amma Azərbaycan bütün çətinlikləri
aşa bildi, rəqiblərini isə müşkülə saldı. I Avropa Oyunları
problemsiz bitdi, rəqiblər isə indi "bəs sonra" sindromundan
əziyyət çəkirlər.
Tarix
2015.06.22 / 11:23
|
Müəllif
Axar.az
|