Yuxarı

AŞPA baş katibi Qarabağla bağlı sualı cavablandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA baş katibi Qarabağla bağlı sualı cavablandırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bu gün keçirilən plenar iclasında deputatlar qurumun baş katibi Tyorbörn Yaqlanda suallar ünvanlayıblar.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov T. Yaqlandan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları və AŞ-nın onların fundamental hüquqlarının bərpası istiqamətində işlərin görülməməsinin səbəblərini soruşub.

T. Yaqland isə Dağlıq Qarabağ məsələsinə toxunaraq bu problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb. "Siz hamınız bu məsələlərin nə qədər mürəkkəb və həssas olduğunu çox yaxşı bilirsiniz. Azərbaycandakı münaqişə ilə bağlı vəziyyət ATƏT-in Minsk qrupundan asılıdır. Bizim bu məsələdə mandatımız yoxdur, danışıqlarda da iştirak etmirik. Sizin qaldırdığınız məsələləri yaxından və mütəmadi izləyirəm. Düzdür, indiyə kimi ortalıqda elə bir nəticə yoxdur. Bu da vəziyyətin mürəkkəbliyi ilə izah olunur və bunu da siz məndən də yaxşı bilirsiniz".

Tarix
2015.06.23 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla