Yuxarı

İlham Əliyev açılışa gəldi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev açılışa gəldi - Foto

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib.

Sonra dövləti başçısı şəxsi heyətlə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

Tarix
2015.06.25 / 13:32
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla