Yuxarı

Qarabağ azad olundu: Tarixi məqam... - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad etməsilə əsaslı dəyişikliklər baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, torpaqların işğaldan azad edilməsi tam inteqrasiya olunmuş bölgəni inkişaf etdirmək üçün misilsiz bir fürsət açır və bu, Ermənistanı, digər region ölkələrinin nəqliyyat, rabitə layihələrini əhatə edir:

“Hesab edirəm ki, bu cür imkan əldən verilməməlidir. Mən amerikalı həmkarlarıma səslənirəm ki, əldə edilmiş bu fürsətə nəzər salsınlar və yalnız Azərbaycana, Ermənistana deyil, bütün regionun gələcəyinə fokuslansınlar”.

Səfir qeyd edib ki, 30 ildən sonra Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə tarixi məqam yaşanıb:

“ABŞ-ın layihələri dəstəkləməsi regionun təhlükəsizliyi və inteqrasiyası baxımından vacibdir. Ümid edirəm ki, amerikalı tərəfdaşlar bunu kommunikasiyaların açılmasında və bölgəmizin inteqrasiyasında, sülhün və uzunmüddətli perspektivin yaradılmasında fürsət olaraq görəcək”.

Qeyd edək ki, Amerika şirkətlərinin Azərbaycanın iqtisadiyyatına investisiyaları 17 milyard ABŞ dollarına çatıb.

Tarix
2021.06.10 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla