Yuxarı

İtaliyalı professor: 44 günlük müharibədə Avropa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinə bağlı məşhur “EURACTIV” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Münaqişənin bitməsindən altı ay sonra Cənubi Qafqaz: Avropa üçün çağırışlar” sərlövhəli məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, müəllif Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan üçtərəfli Bəyanatın imzalanmasından keçən 6 aydan sonra vəziyyəti təhlil edir. Məqalədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalına son qoyulduğu, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da daxil olmaqla, azərbaycanlıların öz tarixi ərazilərinə qayıtması, Azərbaycanın Naxçıvanla quru yolu əlaqəsinin qurulması da daxil olmaqla, bölgədəki bütün kommunikasiya xətlərinin açılmasına şərait yarandığı bildirilir. Hazırda əsas diqqətin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yönəldiyi qeyd olunaraq, bu işlərin həyata keçirilməsi üçün əsas problemin münaqişədən zərər görən ərazilərdə Ermənistanın basdırdığı minalarla bağlı olduğu vurğulanır. “Bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla, üç azərbaycanlı mülki şəxsin ölümü və daha dörd nəfərin yaralanması kifayət böyük əks-sədaya səbəb oldu. Müharibə bitdikdən sonra partlayıcı qurğular səbəbindən azərbaycanlılar arasında ölən və yaralananların ümumi sayı 144 nəfərdir. Erməni işğalçı qüvvələrinin basdırdığı minalar azad olunmuş ərazilərdə mülki həyatın bərpası üçün ən böyük maneədir”, - deyə məqalədə qeyd olunur.

Müəllif bildirir ki, işğal altındakı ərazilərə böyük ziyan dəyib, yollar, enerji və su infrastrukturları sıradan çıxarılıb, heç bir iqtisadi fəaliyyət mövcud deyil. 1992-1994-cü illər müharibəsində evlərindən didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün doğma torpaqlarına geri qaytarılması yenidənqurma işlərinin intensivliyindən asılıdır.

Məqalədə qeyd olunur ki, tərəflər arasında iyunun 12-də Ağdam rayonu ərazisində tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələrin Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin Ermənistana təhvil verilməsinə dair yeni bir razılaşma əldə edilib.

Azad edilmiş ərazilərdə yenidənqurma işləri üçün Azərbaycan hökuməti tərəfindən ilkin olaraq təqribən 1 milyard dollar ayrıldığını, lakin ərazilərin işğal dövründə tamamilə məhv edildiyini nəzərə alaraq, bölgədəki infrastrukturun yenidən qurulması üçün daha böyük vəsaitə ehtiyac olduğunu deyən müəllif bu məsələdə Avropanın özünün əməkdaşlıq strukturları, şirkətləri, siyasi təşəbbüsü ilə mühüm rol oynaya biləcəyini bildirir.

“Sirr deyil ki, beynəlxalq hüququn Bakının tərəfində olmasına baxmayaraq, əsasən Fransanın açıq şəkildə ermənipərəst mövqeyi səbəbindən 44 günlük müharibə zamanı Avropa hər hansı mövqe göstərmədi. Yenidənqurma prosesinin ön sıralarında vəziyyətə obyektiv yanaşan dövlətlərin - Türkiyə, Böyük Britaniya və İtaliya şirkətlərinin olması da başadüşüləndir”, - deyə məqalədə qeyd olunur.

Müəllif azad edilmiş ərazilərdəki ilk yenidənqurma layihələrində italyan şirkətlərinin iştirakından məmnunluğunu, İtaliyanın Azərbaycanın Avropadakı ən böyük müttəfiqi olduğunu və iki ölkə arasındakı strateji tərəfdaşlığın TAP qaz kəmərinin reallaşdırılması və Xəzər qazı üçün strateji mərkəz olaraq İtaliyanın seçilməsi ilə möhkəmləndiyini bildirir. Habelə ortaq xarici və təhlükəsizlik siyasəti naminə Avropa İttifaqının bölgədəki sabitləşdirici amil olaraq yenidən işə başlamasının vacibliyini qeyd edir. Bildirir ki, Bakı və İrəvanla işbirliyi sayəsində Avropa İttifaqı yenidənqurma işlərində aparıcı rola malik ola bilər.

Tarix
2021.06.18 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla