Yuxarı

Könüllü tibbi sığorta ilə bağlı qaydalar müəyyənləşdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könüllü tibbi sığorta ilə bağlı qaydalar müəyyənləşdi

Nazirlər Kabineti “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nı təsdiq edib.

Axar.az xəbər verir ki, qaydalara əsasən, könüllü tibbi sığorta şəhadətnaməsi – sığortaolunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.

Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.

Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Azərbaycan Respublikasının ərazisində qüvvəyə minir. Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir. İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığortaolunana şəhadətnamənin dublikatını verməlidir.

Qeyd edək ki, yeni qaydalarla əlaqədar “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.

Tarix
2021.06.25 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla