Yuxarı

Azərbaycan daha güclü rəqibdir - Yankauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan daha güclü rəqibdir - Yankauskas

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycanla keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin Lixtenşteyndən daha güclü və texnikalı olduğunu deyib.

"Lixtenşteynlə oyun çox resurs tələb etmədi. Futbolçular lazımi nəticəni əldə etdilər. Lakin qarşıdakı görüşdə daha böyük güc və sürət nümayiş etdirməliyik. Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır. Onların heyətində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə də bizi daha yüksək səviyyəli rəqib gözləyir", - o vurğulayıb.

Yankauskas heyətdə dəyişikliklərin olacağını da söyləyib. O, Piyus Şirvisin zədə səbəbindən bu toplanışda daha oynaya bilməyəcəyini qeyd edib.

Baş məşqçi komandanın standart vəziyyətlər və sürətli hücumlarda güclü olduğunu da vurğulayıb:

"Topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək vacibdir. Bu zaman rəqibin müdafiəsi tam təşkilatlanmış olmur. Biz də özümüzdən asılı olan bu üstünlüklərdən daha yaxşı istifadə etməyə çalışacağıq. Lakin hücum edərkən müdafiəni də düşünmək lazımdır".

Yankauskas “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla Azərbaycanla oyun öncəsi danışmadığını, lakin Bakıya səfər zamanı onunla görüşə biləcəklərini bildirib:

"Onun çalışdırdığı komanda ilə qazandığı tarixi uğura görə çox sevinirik və ona bundan sonra da uğurlar arzulayırıq. Azərbaycanda olanda, düşünürəm ki, görüşmək, fikir və məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Amma hazırda öz topladığımız məlumatlara güvənirik və rəqib barədə kifayət qədər informasiyaya sahibik".

Litva millisinin çalışdırıcısı Bakıda keçiriləcək cavab görüşü barədə isə hələ düşünmədiklərini deyib:

"Hazırda yalnız bu oyuna köklənmişik. Qarşıdakı görüş bizim üçün prioritetdir. Ondan sonra nə olacağını isə daha sonra görəcəyik”.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Tarix
2026.09.26 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla