Yuxarı

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"27 sentyabr – Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi.

Bu tarixi nəticənin qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və vətən qarşısında nümayiş etdirdiyi yüksək peşəkarlığı mühüm rol oynadı.

27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi şəhidlərimizin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün Vətən uğrunda həyatını qurban vermiş hər bir şəhidimizin fədakarlığı, eləcə də müharibə iştirakçılarının və qazilərimizin göstərdiyi şücaət bir daha ehtiramla yad edilir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, münaqişənin humanitar nəticələrinin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının təmini və eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları dəyərlərin – müstəqillik, ərazi bütövlüyü, suverenlik və milli həmrəyliyin qorunması, habelə regionda dayanıqlı sülh və təhlükəsizliyin möhkəmləndirilməsidir. Bu baxımdan, Vətən müharibəsi qəhrəmanlarının müqəddəs xatirəsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi mühüm tarixi və mənəvi irs olaraq daim yaşayacaqdır.

27 sentyabr – Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda etmiş müharibə iştirakçılarına cansağlığı arzulayırıq".

Tarix
2026.09.27 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla