Yuxarı

Allahşükür Paşazadə Şuşada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahşükür Paşazadə Şuşada - Foto

15:04

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.

Axar.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

***

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərində yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baxış keçirib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Əvvəlcə yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baş çəkən nümayəndə heyətinə görüləcək tikinti işləri barədə məlumat verilib.

Bildirilib ki, məscidin təməli bu il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Bu məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək.

Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işlər çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.

Tarix
2021.07.10 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

İlham Əliyev Finlandiya liderinə məktub ünvanladı

Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla