Yuxarı

Əliyevin müsahibəsində bu məqamlara xüsusi diqqət - Əl Hərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin müsahibəsində bu məqamlara xüsusi diqqət - Əl Hərir

Əlcəzairin “Əl Hərir” informasiya portalı Prezident İlham Əliyevin iyulun 22-də Azərbaycan Televiziyasına müsahibəsindən bəzi məqamlara yer ayırıb.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti jurnalistin Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırması, Azərbaycana isə heç bir vəsait ayırmaması ilə bağlı sualına cavabında bu mövqenin ədalətsiz olduğunu bildirib. Çünki Azərbaycan həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir.

Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsaitin verilmədiyini, bunun müharibə ilə əlaqədar olduğunu deyib. O əlavə edib ki, belə olan halda, müharibədən ən çox əziyyət çəkən ölkə kimi bu vəsait Azərbaycana verilməlidir.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın 10 min kvadratkilometr ərazisi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik.

Tarix
2021.07.25 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla