Yuxarı

“İlxam Qeydaroviç” deyə-deyə qaçan yalı kəsilmiş tula...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlxam Qeydaroviç” deyə-deyə qaçan yalı kəsilmiş tula...

Məşhur bir lətifə var. Bir gün mübahisə edən canavarla eşşək gəlirlər meşənin kralı - şirin yanına ki, kimin haqlı olduğunu müəyyənləşdirsinlər. Şirə yaxınlaşan canavar deyir ki, mən deyirəm çəmən yaşıldır, eşşək deyir sarı. Kim haqlıdır? Şir göstəriş verir ki, canavarı bir ay həbs edin. Canavar şirdən soruşur ki, sən də çəməni sarı görürsən? Şir cavab verir ki, yox. Çəmən yaşıldır, amma səni eşşəklə mübahisə etdiyin üçün bir ay həbs edirəm. İndi gərək Jirinovskiyə baş qoşanların hamısı həbs olunsun.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Rusiya Lideral Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan və Prezident haqda sözlərinə reaksiyasında deyib.

“Bu ləyaqətini itirmiş adamın Parisdə, NATO PA-da çıxış edib gedən İlham Əliyevin dalınca, yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm.

İndi başından böyük qələt edir. Hesab edirəm, Azərbaycan mətbuatı türk düşməni olan bu məxluqun varlığını unutmalıdır. Rus ictimai-siyasi xadimləri, ziyalıları, başqa xalqları aşağılayan bu murdar cındırın üzünə tüpürüb, gözünün içinə nə deməyiblər ki? Bu əxlaqsızı bir çox hallarda gülüş məqsədilə danışdırırlar. Onun ürəkbulandıran çıxışlarını dinləməkdənsə, unutmalıyıq”.

Tarix
2021.08.01 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla