Yuxarı

Etibar Mirzəyev Bəkir Pakdəmirli ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etibar Mirzəyev Bəkir Pakdəmirli ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə hazırda qardaş ölkədə olan nazir müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə E.Mirzəyev Türkiyədə baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə FHN-in yanğın, xilasetmə, aviasiya və tibb qüvvələrinin qardaş ölkəyə gəldiyini qeyd edib. Türkiyəyə gəlməsində məqsədinin yardıma gəlmiş FHN-in qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili olduğunu vurğulayan E.Mirzəyev qüvvələrin tərkibi və imkanları, həmçinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətləri barədə ətraflı məlumat verib.

Türkiyəli nazir Bəkir Pakdəmirli ölkəsində baş verən meşə yanğınlarının miqyası və yanğınla mübarizə tədbirləri haqqında danışıb. B.Pakdəmirli, həmçinin meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Tarix
2021.08.04 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla