Yuxarı

Kremllə Bakı bu işi İrəvan olmadan da görə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı sərhədlərin delimitasiyasının vacibliyini dəfələrlə vurğulayıb. Erməni tərəfi isə prosesdən müxtəlif bəhanələr gətirərək və ya süni gərginliklər yaradaraq, yayınmağa çalışıb. İndiki halda əgər həqiqətən də Kreml regionda uzunmüddətli həll yolunu Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasında görürsə, bunun üçün konstruktiv addımlar atmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı mövqeyini şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, Rusiyanın problemin uzunmüddətli həllinin sərhədlərin delimitasiyasi və demarkasiyasının aparılmasından asılı olduğunu bildirməsi həqiqətdir və Azərbaycan bu təklifləri çoxdan təqdim edib:

“Hətta Kəlbəcər, Qubadlı istiqamətində real işlər də görülür. Lakin erməni tərəfi həm sərhədlərin delimitasiya prosesinə mane olur, həm də faktiki olaraq Rusiyanın siyasi iradəsini saymır. Rusiya Ermənistanın provokativ addımlarının və süni gərginlik yaratmaq cəhdlərinin qarşısını almalıdır.

Digər tərəfdən, onsuz da Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Yəni iki ölkə arasında sərhədlərin demilitasiyasını Kreml Bakı ilə ikilikdə də həll edə bilər. İndiki halda bizə Kremlin məsləhəti yox, real addım atması lazımdır”.

Tarix
2021.08.21 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla