Yuxarı

Adil Əliyev: “Kimsə mənə qadağa qoya bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adil Əliyev: “Kimsə mənə qadağa qoya bilməz”

Millət vəkili Adil Əliyev öz "feysbuk" profilində növbəti açıqlama ilə bəzilərinin onun fikirlərinə yanaşmasından dolayısı narazılığını ifadə edib.

Xatırladaq ki, ötən gün millət vəkili Qarabağın azadlığı uğrunda şəhid olma arzusu ilə bağlı status paylaşmışdı və bu açıqlama ciddi rezonans doğurdu.

A.Əliyevin yeni statusunu təqdim edirik:

"Hərdən fikirləşirəm ki, paxıl adamlar özünü gözləməyi bacarmır; Bu adamlar dəlil-sübut olmadan ittiham və mühakimə edir, başqalarının qüsurlarını üfürüb şişirdir, ən kiçik səhvi cinayət səviyyəsinə qaldırır, ən danılmaz fəzilətlərə kin və qəzəblə hücum çəkirlər. Başa düşə bilmirəm ki, daşım niyə ağırdı və bu nifrət mənə qarşı hardan qaynaqlanır. Kimsə mənim xoşuma gəlməyə bilər, ancaq mən heç vaxt o insanlara qarşı kin saxlamamışam. Onlarla üz-üzə gəlməməklə kifayətlənmişəm. Əgər kiməsə yaxşılıq etməmişəmsə, bu, o demək deyil ki, mən pis adamam. Bəziləri bilməlidir ki, mən dövlətimə lazım olan yerdə xidmət etmişəm.

Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə məni vətənimi, dövlətimi, xalqımı və prezidentimi sevməyi qadağan edə bilməz".

Tarix
2014.01.06 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla