Axar.az
Yuxarı

Ramin Bayramlı vəzifəsindən getdi: TƏBİB ləğv edilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilib. Bundan sonra isə cəmiyyətdə TƏBİB-in ləğv ediləcəyi, bu qurumun Səhiyyə Nazirliyinə birləşdiriləcəyi ilə bağlı fikirlər yayılmağa başlayıb.

Bəs TƏBİB ləğv edilə bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakipost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bunun dövlətin verəcəyi qərar olduğunu bildirib:

“Çox çətin bir vaxtdır, pandemiya dövrünü yaşayırıq. Əgər TƏBİB sədri istefa veribsə, yerinə başqa bir adam seçiləcək. TƏBİB-in ləğvi barədə isə hansısa bir məlumatım yoxdur. Bu Prezidentin, Prezident Aparatının səlahiyyətində olan məsələdir. TƏBİB 1-2 ilin təşkilatıdır. Ölkənin ağır vaxtlarında, bir tərəfdən Vətən Müharibəsində, digər tərəfdən pandemiya günlərində işləyib, çalışırdılar. Nöqsanları var idi, onsuz da hər yerdə nöqsan var. Ramin Bayramlı istefa verib gedibsə, yerinə başqa birinin seçilməsi və ya başqa bir quruma birləşdirilməyi artıq dövlətin işidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov TƏBİB-ə ehtiyac olmadığını düşünür:

“Bununla bağlı dəfələrlə çıxış etmişəm. TƏBİB-in yaradılması ümumi sosial bir addımdır. Səhiyyəni bölmək olmaz. Çünki səhiyyə elə bir sahədir ki, birbaşa insanların sağlamlığı ilə əlaqədardır. Təəssüflər olsun ki, onda fikir vermədilər, müəyyən təkliflər oldu. Nəticədə belə bir qurum yaradıldı. Amma indi baxırsan ki, səhiyyənin vəziyyəti o qədər də yüksək deyil. Bəzi xəstəxanalar TƏBİB-ə, bəziləri Səhiyyə Nazirliyinə tabedir. Amma səhiyyənin strategiyasını aparan nazirlik özü olmalıdır, özü cavab verməlidir. Düzdür, koronavirus dövründə bəzi müsbət addımlar atıldı. İnsanların koronavirusdan sağalması üçün müəyyən işlər görüldü. Amma düşünürəm ki, TƏBİB ümumiyyətlə, artıqdır. Buna ehtiyac yoxdur. Nazirlik öz fəaliyyətini genişləndirib, səhiyyə strategiyasını aparmalıdır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafanın sözlərinə görə, səhiyyə sistemində əvvəldən qalan elə problemlər var ki, onların həlli mütləq qaydada ikili idarəetmədən uzaqlaşma nəticəsində mümkün ola bilər:

"İkili idarəetmə əslində müalicə işinin təşkilinə çox böyük zərbə vurur. Səlahiyyətlər ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə verilməli idi. Bu iki qurum arasındakı ziddiyyətli münasibətlər böyük problemlər yaratdı, pandemiya dövründə bu nöqsanlar daha çox üzə çıxdı. Fəaliyyət yarıtmaz oldu. İkili idarəetmə qaldıqca bu problemlər davam edəcək”.

Vətəndaş və İnkişaf Partiyasının sədri, ixtisasca həkim olan Əli Əliyev də bu qurumun ləğvinin mümkün olacağını deyir:

“Əlbəttə ki, belə bir şey mümkündür. Ümumiyyətlə, eyni formada icra olunan TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS), Səhiyyə Nazirliyi, bu üçlük düzgün quruluş deyil. Bu qurumlar özlərini doğrultmur. Heç özləri də bilmirlər nə edirlər. TƏBİB-in necə işlədiyi, nə cür fəaliyyət göstərdiyi isə göz qabağındadır. Ancaq bir şeyi deyə bilərik, Badamdarda ev tikdirib, vəssalam. Başqa nə demək olar ki?..”

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə isə hesab edir ki, TƏBİB-lə bağlı tənqidi fikirlər bəzən subyektiv xarakter daşıyır:

“TƏBİB-in yaradılması pandemiya dövrünə düşdü. İndi hamı onu günahlandırır. Kənardan durub nəsə demək, günahlandırmaq asandır. Amma yükün altına girmək çox çətin bir məsələdir. Ölkənin bu qədər səhiyyə sistemi ona tabedir. Bu qurumun yaranması pandemiya ilə üst-üstə düşdü. İstər-istəməz çətinliklər həddindən artıq çox oldu. O ki qaldı, TƏBİB-in ləğv olunması məsələsinə, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, İTS-nın yaydığı məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Tarix
2021.09.13 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyanın Ərdoğanla görüşmək arzusu: Ankaranın şərti var...

İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

Rus gəmilərin Bakıda "Mehtər" marşı ilə qarşılanması...

Türkiyənin Qafqazdakı rolu... – Amerikalı politoloq

Rusiya MN-in təxribatçı məlumatına MN-dən cavab

Rusiya MN-nin yeni təxribatı: Şuşaya atəş və iki yaralı...

Qarabağ müharibəsi dünyanın dəyişdiyini göstərdi - Sərkisyan

Fariz Babayev bu xəstəxanaya direktor təyin edildi

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

Rəsmi Bakı Çilini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla