Yuxarı

NK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?

Nazirlər Kabinetinin son qərarı ölkədə un istehsalçılarına verilən subsidiyaların hesablanması qaydasını dəyişərək, bunu artırmaq məqsədi daşıyır. Başqa sözlə desək, daxildə çörək və digər məhsulların qiymətlərinin artmasının qarşısını almaq istəyi və hədəfinə xidmət edir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov Nazirlər Kabinetinin "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərarını şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, əslində bu siyasət ilin əvvəlindən həyata keçirilir:

“İndi sadəcə, həmin siyasətə korrektə edilir və dövlət dəstəyi bir az da gücləndirilir. Bunun hansı müddət ərzində yararlı olacağı və nə qədər effektli xarakter daşıyacağını dünya bazarlarında sözügedən məhsul üzrə qiymətlərin müvafiq tendensiyası müəyyən edəcək. Hər halda, indiki şəraitdə bu qərar bazarda ajiotaj yaranmasının qarşısını almağa kömək edəcək. Ancaq bu sahədə uzunmüddətli sabitliyə və yaxud dayanıqlığa nail olmaq üçün bu cür kosmetik xarakterli tədbirlər çox da əlverişli sayıla bilməz”.

Tarix
2021.09.17 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla