Yuxarı

“İti qovan” Teknofest-2021-də - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İti qovan” Teknofest-2021-də - Foto

İstanbulda Teknofest-2021 Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın 200 kvadratmetlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil edir.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 2 MiQ-29 təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları da sərgilənir.

MiQ-29 təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.

Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.

Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Festivalda ilk dəfə olaraq Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı “Türk müdafiə sənayesi keçmişdən gələcəyə” başlıqlı zaman tuneli də ziyarətçilərə təqdim edilir. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk müdafiə sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Tarix
2021.09.21 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla