Yuxarı

Dostunu qadınlarla şərlədiyi deyilən Bağırzadə danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dostunu qadınlarla şərlədiyi deyilən Bağırzadə danışdı

Bəxtiyar Dadaşov adlı şəxsin yaydığı məlumatın heç bir əsası yoxdur. Guya mən Bəxtiyar Əhməd oğlu Dadaşovu qadınlarla şantaj edib ondan pul tələb edirəm. Bu, tamamilə yalandır.

Bu sözləri Axar.az-a “Vəkilin səsi” qəzetinin baş redaktoru, hüquqşünas Camal Bağırzadə haqqında yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

“B.Dadaşov bir çox insanı, o cümlədən məni aldadaraq iş aparmaq adı ilə külli miqdarda pul alıb. Bu məsələ Səbail rayon Polis İdarəsində müstəntiq Vüqar Hüseynov tərəfindən araşdırılıb. Şahid ifadələri ilə bu fakt öz təsdiqini tapıb. Bundan əlavə, B.Dadaşov yaşlı bir rus qadını aldadaraq ona məxsus Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 236, 22 saylı mənzili ələ keçirib. Lökbatan qəsəbəsində fəaliyyət göstərən bir sahibkardan işini aparmaq adı ilə 35 min manat alaraq onu aldadıb. Sonda bu pulların 80%-ni mənimsəyib. Torpaq özəlləşdirilməsi adı altında mənə məxsus mənzili satdıraraq məndən 30 min dollar pul alıb. Hazırda bu faktlar barəsində Nəsimi rayon Məhkəməsində qaldırdığımız mülki iddia üzrə proses gedir”, - C.Bağırzadə bildirib.

C.Bağırzadənin sözlərinə görə, B.Dadaşov aldığı pulları öz məşuqələrinə xərcləyib, onlar üçün avtomobillər alıb, estetik əməliyyatlarına görə pul ayırıb:

“Bütün bu faktlar artıq 4 ildir ki, polis, prokurorluq və məhkəmələr tərəfindən araşdırılır. O, həm də dövlətə 634.000 manat ziyan vurmaqda təqsirləndirilir. Buna görə Nəsimi rayon Məhkəməsi tərəfindən B.Dadaşov barəsində Baş Prokurluqda istintaq aparmaq üçün xüsusi qərar çıxarılıb”, - C.Bağırzadə deyib.

Qeyd edək ki, Camal Bağırzadənin Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Bəxtiyar Dadaşovu hədələyərək ondan 60 000 manat pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı.

Tarix
2021.09.21 / 14:13
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla