Yuxarı

Con Kerri İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Con Kerri İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevi "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik edib.

Con Kerri təbrik məktubunda deyib:

"Hörmətli cənab Prezident, "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Sizi və Azərbaycan xalqını təbrik edirəm.

17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir.

Uzun illərin gərgin əməyi nəticəsində "Cənub" Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm".

Tarix
2014.01.07 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla