Yuxarı

İranın Azərbaycanla münasibətləri... - Səccadpur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin fəaliyyəti ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib.

“Bizim həqiqətən də Azərbaycanla yaxşı ikitərəfli münasibətlərimiz var . Biz həmçinin İranın, Azərbaycanın və Türkiyənin analitik mərkəzlərinin üçtərəfli əməkdaşlığı üzərində də işləməyə hazırıq. Bu baxımdan bugünkü görüş çox böyük əhəmiyyətə malikdir. Biz, regionda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edə bilərik”, - M.K.Səccadpur deyib.

O, Azərbaycan, İran və Türkiyə arasında əlaqələrin gələcək möhkəmləndirilməsi baxımından üç ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Tarix
2021.09.22 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla