Yuxarı

Əliyevin şəhidlərin xatirəsi önündə tarixi mesajları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin ildönümündə hələ də Qarabağla bağlı təhdidlər, risklər mövcuddur. Və Əliyev Anım Günündə bu təhdidlərlə bağlı Azərbaycanın mövqeyini təkrarladı, lakin diqqətçəkən məqam təhdidlərə qarşı atılacaq addımları bu dəfə şəhidlərin xatirəsi önündə elan etməsi idi.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilib: Qarabağda nəzarətdən kənar ərazilər müzakirə mövzusu deyil.

Əliyev bildirir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Rəsmi Bakının Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Əliyev əslində nə deyir?

1. Azərbaycana qarşı separatizmi körükləyənlərin özləri eyni halla üzləşə bilərlər;

2. Ölünü diriltmək istəyənlərə qarşı Bakı da eyni taktikanı seçə bilər: bu, “hücum diplomatiyası”na əsaslanan mesajdır;

3. Bakının hərbi güc addımı təkcə Ermənistana yox, “Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilə bilər: Əliyev ordunun komandanı kimi xəbərdarlıq edir.

Xəbərdarlığını şəhidlərin xatirəsi önündə etməsi şəhidlərin ruhu önündə verilən söz idi.

“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”, - Əliyev deyir.

Və bununla Əliyev Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan edir.

Əliyevin çıxışında iki mesaj da önəmli idi:

Birincisi, müharibənin ildönümündə xəbərdarlığı Ermənistana yox, üçüncü tərəflərə etdi: bu, “İrəvan artıq tərəf deyil, tərəf olmaq istəyənlər də Ermənistana qarşı atılan addımlarla üzləşəcək” deməkdir;

İkincisi, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Bakıdır, yəni “regionda bizimlə hesablaşmalısınız”.

Tarix
2021.09.27 / 13:57
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla