Yuxarı

3-cü nəsil gəlir: İran bu cür dağılacaq - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
3-cü nəsil gəlir: İran bu cür dağılacaq - Video

09:07

Müasir mollakratik İran bu gün mənə SSRİ-ni - inqilabın yaratdığı ideoloji qanunlarla yaşayan dövləti çox xatırladır.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu dövlət növü üç nəsil üçün nəzərdə tutulmuş təbii mövcudluq siklinə malikdir:

“Babalar inqilabi ideologiya ilə silahlanaraq dövlət yaradırlar. Onların uşaqları körpəlikdən bu ideologiyanı qəbul edərək, inersiya üzrə gücləndirməyə davam edirlər. Lakin babaların inqilabi ideologiyasının təsirinə məruz qalmadan böyümüş nəvələr bu dövləti əvvəlki kimi saxlaya bilmirlər. Buna görə də belə dövlətin ömrü uzun deyil - cəmi 40-50 il. Deməli, hazırkı İran qürubuna yaxınlaşıb.

Mənə deyə bilərlər ki, guya SSRİ bu müddətdən artıq, yəni 70 il, yaxud dörd nəsil boyunca mövcud olub. Burada unutmaq lazım deyil ki, bu dövlət İkinci Dünya müharibəsi adlı kataklizmə cəlb edilmişdi. Proletar inqilabçı leninçilərin nəvələri dissident "altmışıncılar" idi, onları da döyüşçülər –müharibənin qalibləri əvəz etdi. SSRİ-ni qaliblərin nəvələri və inqilabçıların nəticələri dağıtdı. Beləliklə əsas ideoloji şüar "dünya inqilabından" "Böyük Vətən müharibəsində qələbəyə” dəyişdirildi”.

Kuznetsovun sözlərinə görə, bu gün İran nəsillərin təbii dəyişməsi anına yaxınlaşır, molla babalar və onların general SEPAH-çı övladları öz potensiallarını artıq tükəndirib, ayətullah nəvələrinin nəsli gəlir. Ona görə də İran tarixi dəyişikliyə məhkumdur.

Tarix
2021.10.08 / 10:48
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla