Yuxarı

Çavuşoğludan İrəvana xəbərdarlıq: Ən qısa zamanda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan İrəvana xəbərdarlıq: Ən qısa zamanda...

Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək:

“Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır. Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil. Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini isə hələ də verməyiblər.

Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir. Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”

Tarix
2021.10.13 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla