Yuxarı

Müsavat Partiyası yenidən bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyası müxalifət qüvvələri arasında ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanat verib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:

Müsavat Partiyası Milli Şurada fəaliyyətini dayandırmaq haqqında 06 yanvar 2014-cü il tartixli rəsmi açıqlamasında Milli Şuranı tərk etdiyini bildirsə də, bu qurumda fəaliyyət göstərən qüvvələrə uğurlar arzulamaqla yanaşı, onlarla həm ikitərəfli, həm də çoxtərəfli funksional əməkdaşlığa bundan sonra da hazır olduğunu bəyan edib.

"Təəssüf ki, Müsavat Partiyasının bu xoşməramlı mövqeyi bəzi siyasi qüvvələr tərəfindən adekvat qarşılanmadı.

Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır.

Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir.

Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək Parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur.

Müsavat Partiyası fəaliyyət göstərdiyi bütün dövrlər ərzində avtoritar rejimlə heç zaman separat danışıqlara getməyən, rejimə qarşı barışmaz mövqe tutan bir partiya kimi fərqlənib. Məhz Müsavat Partiyasının bu mövqeyinə görə İsa Qəmbər başda olmaqla Müsavat Partiyasının rəhbərliyinə daxil olan heç bir kəs bütün seçki kampaniyalarında fərqli üstünlüklə qalib gəlmələrinə baxmayaraq Əliyevlər rejimi dövründə parlamentə buraxılmayıblar. 2005-ci il seçkiləri zamanı bir neçə partiya üzvünün parlamentə daxil olması isə həmin şəxslərin halal qələbəsi hesabına baş verib. Yalnız bu faktlar Müsavat Partiyasının hakimiyyətlə separat danışıqlara gedə bilməsi ilə bağlı absurd iddiaların heçə endirilməsi üçün kifayətdir.

Müsavat Partiyası onun ünvanına söylənilən təhqir və böhtanlara əhəmiyyət verməyərək öz işini ölkədə demokratik islahatların aparılması, fundamental hüquq və azadlıqların təmin edilməsi məqsədi ilə partiya Məclisinin qəbul etdiyi "2014-cü ilin Fəaliyyət istiqamətləri" sənədinə əsasən davam etdirir.

Müsavat Partiyası Məclisinin son toplantısında bəyan edilib ki, hakimiyyət Novruz bayramına qədər siyasi məhbusları azad etməsə və ölkədə köklü siyasi islahatlara başlamasa, partiya 2015-ci ildə ölkədə keçiriləcək Avropa Oyunlarının boykot edilməsi istiqamətində fəaliyyətə başlayacaq. Müsavat Partiyası hakim rejimə qarşı demokratiya uğrunda mübarizə apardığını iddia edən partiya və birliklərin də bu istiqamətdə qərar qəbul edəcəyi halda birgə fəaliyyət göstərilməsini məqsədəuyğun hesab edir və bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün real müxalifət qüvvələrinə müraciət edir.

Müsavat Partiyası KİV-lərdə və sosial şəbəkələrdə partiyanın, onun liderlərinin ünvanına səsləndirilən həqiqətdən uzaq fikirlərin, xüsusilə təhqir və böhtanların yolverilməzliyini bir daha diqqətə çatdıraraq, bu gündən həmin fikirlərə münasibət bildirməmək haqqında birtərəfli qaydada moratorium qəbul etdiyini bəyan edir və partiya öz üzvlərinə açıqlamalarında bu qərarı nəzərə almağı tövsiyə edir". ("Musavat.com")

Tarix
2014.01.08 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu təşkilatın tamhüquqlu üzvü oldu

Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto

Eritreyada saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

Bakı ilə saziş imzalansa da, müşahidəçilər yenə qalacaq

Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu

Ermənistan ordusu hərəkətləndi: hara gedir? – Video

Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

İmamoğlunun həbsinə ABŞ və AB-nin fərqli reaksiyasının sirri

Ankara Bakıdan xəbərsiz bu addımı atmayacaq - Kılıç

Bakı və Ankara arasında nifaq toxumu... - Türk general açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla