Yuxarı

Kremlin mövqeyi: hakimiyyət dəyişir, 7 rayon qayıdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında təkcə Amerika yox, Rusiya faktoru da işə düşəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Son günlərin aktual mövzusu olan Ermənistanda hakimiyyət dəyişikliyinin artıq yaxın olmasını bildirən politoloq bir çox məqamlara toxunub:

"Ermənistan müxalifəti dəfələrlə bəyan edib ki, onların bir məqsədi var, o da Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasıdır. Hətta bununla bağlı konkret faktlar da irəli sürülüb. Düzdür, bu faktlar hələ açıqlanmasa da, hazırkı hakimiyyət artıq hədəfdədir. Ancaq bu dəfə Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında təkcə Amerika yox, Rusiya faktoru da işə düşəcək. Moskva Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla Ermənistan -Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinə yeni ab-hava gətirmək istəyir. Rusiya belə hesab edir ki, Dağlıq Qarabağ hüdudlarından kənarda 7 rayonun Azərbaycana qaytarılması Ermənistan ətrafında yaradılmış blokadanı aradan götürməklə yanaşı, Türkiyə ilə sərhədlərin açılmasına, diplomatik münasibətlərin yaranmasına və Ermənistanın normal inkişafına şərait yarada bilər. Üstəlik, Rusiya bu məsələdə Azərbaycan və Türkiyə ilə bəzi strateji niyyətlərini də həyata keçirə bilər. Son günlər Rusiyada bu barədə səslənən fikirlər əslində doğrudur. Ermənistanda hakimiyyət dəyişikliyi sözün əsl mənasında Cənubi Qafqazda münasibətlərin inkişafında yenilənməyə və xeyli dəyişikliklərə səbəb olacaq. Bu nöqteyi-nəzərdən də Sərkisyanın getməsi artıq kifayət qədər real görünür".

Politoloqun sözlərinə görə, qərbyönümlü birinin Ermənistanda hakimiyyətə gəlməsi ilə bağlı rus mətbuatında dolaşan məlumatlar əslində məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb:

"Bu, Moskva tərəfindən bilərəkdən edilir. Çünki bunun arxasında da bəlli məqsədlər var. Hazırkı geosiyasi şəraitdə Sərkisyanın getməsi Moskvaya sərf edir. Çox güman ki, Kremldə bu məsələ ilə bağlı işlər gedir və hətta Moskvanın bu istiqamətdə bir deyil, bir neçə variantı işə salması istisna deyil".

Tarix
2015.07.30 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla