Yuxarı

MM deputatı ATƏT-in toplantısında çıxış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM deputatı ATƏT-in toplantısında çıxış etdi

Hibrid formatda ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev iştirak edib.

Tədbirə Serbiyanın xarici İşlər naziri Nikola Selakoviç, ATƏT-nın Baş katibi Helqa Şmidt, ATƏT-in Münaqişələrin qarşısının alınması mərkəzinin direktoru Tuula Yuryelya, ATƏT-in Cənub-Şərqi Avropada sahə missiyaları rəhbərləri, region ölkələrinin ATƏT-dəki daimi nümayəndələri, eləcə də ATƏT-in digər institutlarının təmsilçiləri qatılıb.

İki günlük konfrans çərçivəsində COVİD-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada sahə missiyalarının fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzusunda həyata keçirdiyi silsilə müzakirələr haqda fikir mübadiləsi aparılıb.

Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə çıxış edib.

Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Növbəti ay ərzində miqrantlarla bağlı durumun müzakirə edilməsi üçün Yunanıstana səfərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Gələn il ərzində Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsinin gözlənildiyini deyib.

Tarix
2021.10.27 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla