Yuxarı

ABŞ Rusiya ilə yaxınlaşır: NATO olmadan "dostluq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş verənlər Rusiya və ABŞ-ın kommunikasiya kanallarını optimallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a amerikalı ekspert Endryu Korıbko noyabrın 1-dən NATO-nun Moskvada hərbi rabitə missiyasını bağlamasını və buna qarşılıq olaraq Rusiyanın NATO-da öz daimi nümayəndəliyinin işini dayandırmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu, Rusiya-Avropa əlaqələrinin pisləşməsinin simvolu kimi şərh edilə bilər:

“Rusiya XİN rəhbəri Sergey Lavrov mətbuatın suallarını cavablandırarkən Rusiya-NATO əlaqələrinin blokun son bir neçə ildə Mərkəzi və Şərqi Avropada göstərdiyi hərbi fəaliyyətlə aralarındakı Təsis Aktına məhəl qoymaması səbəbindən mövcud olmadığını vurğuladı. Buna görə də son hadisələr reallıqda heç nəyi dəyişmir. Onu da nəzərə alaq ki, bütün bunlar ABŞ və Rusiyanın praqmatik olaraq gərginləşən rəqabətini məsuliyyətlə tənzimləməyə cəhd etməsi fonunda baş verir. Bu səbəbdən baş verənlər Rusiya və ABŞ-ın kommunikasiya kanallarını optimallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər, çünki NATO-da dominantlıq edən Amerikadır. Bunun münasibətlərin pisləşməsinə çox ciddi təsir göstərməsi ehtimalı azdır. Əksinə, bu, münasibətləri təkmilləşdirmək imkanı verə bilər”.

Xatırladaq ki, noyabrın 1-də NATO-nun hərbi missiya və informasiya bürosu Rusiya Federasiyası ərazisində öz işini başa vurub. Rusiyanın Alyansdakı daimi nümayəndəliyi də noyabrın 1-dən öz işini dayandırdığını açıqlayıb.

Rusiya ilə təmaslar üçün alyans indi Rusiyanın Belçikadakı səfiri ilə əlaqə saxlamalıdır.

Tarix
2021.11.02 / 09:14
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla