Yuxarı

Paşinyan sülh sazişinə hazırdır, amma “şərt”lə? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan sülh sazişinə hazırdır, amma “şərt”lə? - Ekspert

Ermənilərin danışıq və hərəkətlərində səmimiyyət tapmaq çox çətindir. Lakin indi Azərbaycan elə bir siyasi xətt ortaya qoyub ki, bunu erməniləri sülhə məcbur etmək kimi qəbul etmək olar.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi bağlamağa hazır olması və Rusiyanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təklifini qəbul etməsi barədə açıqlamalarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Nikol Paşinyanın danışıqlara hazır olmasını bildirən sözlərində “şərt” diqqəti çəkir:

“N.Paşinyan bildirir ki, danışıqlar prosesinə ATƏT-in Minsk Qrupu da cəlb edilməlidir. Yenə də qeyri-səmimilik özünü büruzə verir. Məqsəd ATƏT-in Minsk Qrupunu hər vasitə ilə canlandırmaq və yenidən tənzimləmə prosesinə cəlb etməklə, Qərbdən hamilik güdməkdir. Sözün əsl mənasında Ermənistana himayədarlıq edən Fransa və ABŞ-ın danışıqlar prosesinə cəlbi və sülhyaratma prosesini onların iştirakı ilə təmin etmək mümkün deyil. Çünki hər iki ölkə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan separatçılara hansısa status verilməsini vacib sayır”.

Politoloqun sözlərinə görə, bu açıqlama ilə Nikol Paşinyan fikir yayındırmağa və siyasi spekulyasiyalara cəhd edir:

“Paşinyanın bu sözlər məhz 16 noyabr döyüş əməliyyatından sonra deməsi onun buna məcbur olduğunu düşünməyə əsas verir. Ancaq İrəvanın bu prosesə səmimi yanaşdığını düşünmürəm. Əks halda Paşinyan ikitərəfli danışıqlara cəhd edər, Minsk Qrupunun adını çəkməzdi. Çünki nə Azərbaycan, nə də Rusiya bölgəyə Qərbin gəlişində maraqlıdır”.

Tarix
2021.11.18 / 14:37
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla