Yuxarı

Bir günlük qar 400 min manatlıq ziyan gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir günlük qar 400 min manatlıq ziyan gətirdi

Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü "Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)", 76-sı "KASKO", 4-ü "Daşınmaz əmlakın icbari sığortası", 1-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrədir.

"Hazırda qiymətləndirilmiş 366 hadisədə ehtimal olunan zərər 254 435 manat təşkil edir, qalan 118 hadisənin qiymətləndirilməsi davam edir. Bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta ödənişləri sığorta hadisəsi kimi tanınan müraciətlər üzrə həyata keçiriləcək. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı ehtimal edilir", - ASA- dan bildirilib.

Məlumata əsasən, hesabat dövründə müraciətlərin 67%-i Bakı, 33%-i isə ölkənin digər bölgələrindən daxil olub.

Tarix
2026.01.22 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla