Yuxarı

Rüsvayçılıqla uduzan ermənilərin təxribatı... - Marçilyano

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüsvayçılıqla uduzan ermənilərin təxribatı... - Marçilyano

Son günlər sərhəddə törədilən təxribatlar İrəvan rejiminin bəzi qanadlarının sərhəddə gərginliyi yenidən alovlandırmaq, Moskvada başlayan sülh danışıqlarını iflasa uğratmaq cəhdidir.

Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycana böyük bir rüsvayçılıqla məğlub olan Ermənistan silahlı qüvvələrinin və onun törəmələrinin reallaşdırdığı hücumlar güclü Azərbaycan Ordusu üçün real hərbi təhlükə təşkil etmir:

“Ermənilərin məğlubiyyəti açıq-aydındır, düzünü desəm, belə bir məğlubiyyətdən sonra hər hansı bir yeni hücuma keçirməyi ağıllarına gətirəcəklərini zənn etmirəm. Əksinə, onlar rəsmi Bakı ilə stabil razılaşma əldə etməyə hazır görünür. Ermənistan sadəcə Kremlə çətinlik yaratmağa çalışır. Doğrusu, İrəvanın hakimiyyət saraylarında baş verənləri deşifrə etmək maraqlı olardı. Çünki bu hücumlar, ehtimal ki, hərbi ekstremist fraksiya tərəfindən sülhü pozmaq cəhdləridir. Azərbaycan qoşunları təbii ki, özünü müdafiə etməlidir”.

İtaliyalı analitikin fikrincə, hazırda problem hərbi deyil, siyasidir:

“Təxribatlar isə məhz siyasi xarakter daşıyır? Çünki baş verənlər Ermənistan üçün daha çox daxili problem kimi görünür və şübhəsiz ki, Rusiyanın maraqlarının əleyhinədir”, - deyə Marçilyano bildirib.

Tarix
2021.11.19 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla