Yuxarı

"Bayraqdar"ın sirləri necə qorunur? - Hərbi ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bayraqdar"ın sirləri necə qorunur? - Hərbi ekspert

Bu yaxınlarda xəbər yayıldı ki, Ukraynada bir zabit Türkiyə istehsalı olan “Bayraqdar TB12" PUA-sının sirlərini Rusiyaya ötürdüyü üçün yaxalanıb. Günahı sübuta yetirilsə, onu "Vətənə xəyanət" maddəsi ilə ölüm cəzası gözləyir.

Maraqlıdır, söhbət hansı sirlərdən gedir? Rusiya və ya başqa ölkə, lap elə Ermənistan doğrudanmı bunun əsasında “Bayraqdar”ın analoqunu yarada bilər?

Axar.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında bu cür əməllərin sənaye casusluğu olduğunu bildirib:

“Dünyada qəbul olunmuş belə bir termin var. Ukraynada baş verən sənaye casusluğu hadisəsi təkcə Türkiyəni deyil, əslində bir çox ölkələri narahat etdi, o cümlədən Azərbaycanda da narahatlıqla qarşılandı. Azərbaycan da son illər öz ordusunu müasir texnologiyalarla, xüsusən də Türkiyədən aldığı ”Bayraqdar TB12" PUA-sı ilə gücləndirdi. Bu texnologiya Azərbaycan ordusunun keçənilki müharibədə imkanlarını bir qədər gücləndirdi.

O ki qaldı həmin PUA-larla bağlı texnoloji informasiyaların, sirlərin əldə olunmasının nələrə gətirib çıxara biləcəyi məsələsinə, istənilən rəqəmsal sistemlə hazırlanan texnolgiyada məxfilik var. Bu sirr həmin məhsulu hazırlayan şirkətə məxsusdur. Əgər həmin sirr yayılarsa, əlbəttə ki, məhsulun alternativinin istehsal olunması baş verə bilər. Analoq məsələsinə gəlincə, dünyanın bir çox ölkəsi, o cümlədən Rusiya və Ermənistan da pilotsuz uçuş aparatlarının yaradılması işləri ilə bağlı müəyyən layihələr həyata keçirir. Bu gün də həmin istiqamətdə müəyyən işlər gedir. Hər iki ölkə müasir PUA-nın yaradılması ilə məşğul olur. Sənaye casuslarının əli ilə əldə olunan informasiyalar isə işi daha da sürətləndirə bilər. Dünyada buna bənzər hadisələr çox olub. Məsələn, SSRİ Dərin Dəniz Özülləri Zavodunun konstruksiyasının nəzəri-elmi bazasını Amerikadan sənaye casusluğu yolu əldə edərək onun Azərbaycanda inşa olunmasına nail olmuşdu".

O ki qaldı sənaye casusluğu kimi hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülə bilər məsələsinə, ekspert qeyd etdi ki, müdafiə sənayesi qurumlarında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının bölmələri tərəfindən, həmçinin vətəndaş mövqeyindən çıxış eləyən zabitlərin sayəsində belə halların qarşısı alına bilər: “Ümumiyyətlə, belə bir halın baş verməməsi üçün yəqin ki, həm qardaş Türkiyə, həm də Azərbaycan sığortalayıcı ön tədbirlər görür və daha da ciddi tədbirlər görülməlidir”.

Tarix
2021.11.20 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla