Yuxarı

Putin azərbaycanlıların tikdiyi mərkəzin açılışında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) ərazisində "Moskvarium" Okeonoqrafiya və Dəniz Biologiyası Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz "Kiyevskaya ploşad" şirkəti, Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarax İliyev tərəfindən tikilib.

Bu barədə Report-a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Açılış mərasimində Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin iştirak edib. Moskva meri Sergey Sobyanin RF-nin başçısına sərgi ərazisinin inkişafı və yenidən qurulması üzrə görülən işlər haqqında məlumat verib. Sergey Sobyanin, həmçinin bildirib ki, Avropada ən böyük elmi-maarifləndirici okeanoqrafik mərkəzin tikintisi bu ilin iyul ayında başa çatıb və hazırda XTNS-nin pavilyonu dəniz və ya okean sahilindən uzaqda tikilən yeganə yüksək səviyyəli okeanariumdur.

Vladimir Putin akvarium ekspozisiya ilə tanış olub və delfin-orkaların iştirakı ilə tamaşaya baxıb.

Sonra Rusiya Prezidentinə XTNS pavilyonlarının maketi təqdim olunub, o, pavilyonların yenidən qurulması planları barədə məlumatlandırılıb.

Prezident Vladimir Putin, həmçinin Azərbaycanın və Belarusun Sərgi mərkəzləri ilə tanış olub. Azərbaycanın Sərgi Mərkəzi Vladimir Putinə tədbirə xüsusi dəvət edilmiş Azərbaycanın səfiri Polad Bülbüloğlu tərəfindən təqdim edilib.

Vladimir Putini salamlayan Polad Bülbüloğlu məlumat verib ki, Azərbaycan SSR-nin pavilyonu məşhur azərbaycanlı memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi üzrə yaradılıb. Polad Bülbüloğlu, həmçinin qeyd edib ki, hazırkı pavilyonun fasadı uzun müddət bağlı olub və burada hesablama texnikası pavilyonu yaradılan zaman fasad açılıb və məlum olub ki, onun zahiri görkəmi qənaətbəxş vəziyyətdədir.

Azərbaycanın Rusiyadakı səfiri vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən pavilyonun yenidən qurulması və restavrasiyası planı hazırlanıb. İşlər başa çatdıqdan sonra burada Azərbaycanın mədəni-tarixi irsi təqdim ediləcək. Bunun üçün Azərbaycan və Rusiya arasında lazım olan bütün sənədlər imzalanıb və tezliklə bu istiqamətdə işlər başlanılacaq.

Tarix
2015.08.05 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla