Yuxarı

Prezidentin fərmanı bu sahibkarlara aid deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nda yer alan dəstək tədbirlərinin kimlərə şamil olunmayacağı müəyyənləşib.

Axar.az xəbər verir ki, bu cür dəstək tədbirləri aşağıdakı sahibkarlara şamil edilmir:

1. Müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanılmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;

2. Dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;

3. Nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);

4. Sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;

5. Hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

6. Əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

Tarix
2021.12.01 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla