Yuxarı

Helikopter qəzasında həlak olanlara şəhid statusu verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Helikopter qəzasında həlak olanlara şəhid statusu verildi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir.

Axar.az xəbər veri ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb:

“Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.

Tarix
2021.12.03 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla