Yuxarı

Aydın Bəşirovun daha bir adamı vuruldu – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Bəşirovun daha bir adamı vuruldu – Özəl

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisi Aydın Bəşirovun daha bir qohumu vəzifədən uzaqlaşdırılıb. Aydın Bəşirovun daha iki qohumunun rəhbərlik etdiyi müəssisədə isə ciddi yoxlamalar aparılır.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar Şöbəsinin rəis müavini Firudin Ömər oğlu Ömərov vəzifəsindən uzaqlaşdırılıb. Rəsmi əmrlə tutduğu vəzifəsindən azad edilən F.Ömərov üzən heyətə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilib.

Xəzər Dəniz Gəmiçiliyindən verilən məlumatda qeyd olunur ki, Aydın Bəşirovun digər iki yaxını - İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru Ağaəmi Bəşirov və Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun fəaliyyətlərinin təftişi son mərhələdədir. Hər iki məsul şəxsin rəhbərlik etdiyi strukturlarda aparılan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Onların xüsusi qaydada işdən uzaqlaşdırılacağı istisna edilmir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun əvəzinə Dəniz Akademiyasının rektoru vəzifəsinə gətiriləcək adamın isə adı məlumdur. Bu "KMS" dənizçilik firmasının direktoru olmuş, hazırda Akademiyaya prorektor vəzifəsinə gətirilən Çingiz Əliyevdir.

Tarix
2014.01.10 / 17:14
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla