Yuxarı

İlham Əliyevin 10 il öncəki arzusu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin yubileyini qeyd etdik. “Bayram etdik!” də deyə bilərik. Çünki İlham Əiyevin ad günü, həm də bütün qələbə tarixlərimizin xatırlanması üçün bir fürsət oldu. Yəni İlham Əliyevin ad günü - Qarabağın, Şərqi Zəngəzurun, Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin, Zəngilanın, Qubadlının, Füzulinin Hadrutun və əlavə olaraq yüzlərlə yaşayış məntəqəmizin azad edildiyi tarixi də özündə əks etdirirdi. Bu bayramların hər biri İlham Əliyevin ad gününün içindədir.

Müstəqilliyinin 30, liderinin 60 yaşını qeyd edən dövətin vətəndaşları kimi artıq əldə edilmiş nəticələr, özü də son dərəcə əhəmiyyətli tarixi nəticələr barədə danışdıq. Amma əvvəlcə Prezidentin öz şəxsi nümunəsində nümayiş etdirdiyi mühüm keyfiyyətlərdən danışaq.

Dövlət başçısı öz timsalında Birinci Şəxsin ad günü üçün özünəməxsus qayda fikirləşib. Məsələn, 2011-ci ildə Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə qarşılamış, Laçından olan məcburi köçkünlərlə görüşdə isə ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirmişdi.

2012-ci ildə İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən binanın, 2013-cü ilin dekabr ayının 24-də Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin açılışını etmişdi.

Prezident 2014-cü ildəki doğum günündə Bakıda Ağ şəhərin inşası başa çatan ofis binasının, 2015-ci ilin 24 dekabrında paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatılmışdı.

Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasimində iştirakla qeyd etmişdi. Liderin növbəti ad günləri də, məsələn, Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışı kimi tədbirlərlə, bir sözlə, dinamik fəaliyyətin davamı, mühüm layihələrin istifadəyə verilməsi ilə bağlı olub.

Beləliklə, artıq bizdə tam təsəvvür var ki, Prezident ad gününü necə keçirməlidir. Bir qəlib. Bir standart kimi.

...Müxtəlif vaxtlarda, sizə Əliyevin rəmzlərlə, simvollarla danışdığını, hətta, məsələn, ölü 8 rəqəmini may ayından götürərək noyabrda necə diriltdiyini, yaxud 20 rəqəminin Qara bir kəndin altından Ağ bir damın üstünə necə qızardılaraq həkk etdiyini söyləmişəm. Şuşada poeziya günlərinin keçirilməsində də özünün və Ulu Öndərin eyni yaşda eyni məqamda dayandığını da Əliyev varislik fəlsəfəsinə uyğun təqdim etmişdi. Prezident 50 və 60 yaş arasındakı bağlılığı izah edəndə də özünəsadiqdi. Özü məntiqinə sadiqdir. Ləyaqət vərəsəliyinə sadiqdir.

Əslində dövlət başçısı öz şəxsi həyatının hər bir gününü dövlətin ömrünə qarışdırmaqla, ad gününü Azərbaycanın tarixinə əlavə etdiyini gözəl bilir. Bu həm də “Mənim sizdən kənarda bir ömrüm, həyatım yoxdur” deməkdi. “Mən yaşayıram ki, siz bayram edəsiz” deməkdi. Ömrün xalqa, dövlətə bağışlanması deməkdir. Və bilirsiz həm də nə deməkdi? İlham Əliyevin müraciətinin fonuna, şəklin çərçivəsinin içindəkilər baxın. Fon Şuşanın ilahi Cıdır düzüdür. Prezidentdir, həyat yoldaşı, oğlu, qızları və üz tutduğu, baxdığı Azərbaycan. Burda hər şey var. Dövlətin kiçik şəkli - ailə. Və ailənin böyük şəkli - dövlət. Burda Prezident həmişə vurğuladığı dəyərlərin mükəmməl portretini təqdim edir. Ailə dəyərlərinin rəsmini. Dövlətin birinci ailəsinin simasında. Ulu öndər Heydər Əliyev belə demişdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.

Bu sitat isə İlham Əliyevə məxsusdur: "Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır".

Prezidentin ailə fəlsəfəsi, ailə konstitusiyası dövləti, vətəni sevməklə, ona birbaşa bağlılıqla səciyyəvidir. Dünya Dini Liderlərinin İkinci sammitində Prezidentin çıxışını dünyanın əksər dövlətləri dinləmişdi. Və Əliyev bu çıxışda ailəni elə dövlət kimi, dövlət qədər təqdim etmişdi.

Prezident ad günündə ailə üzvləri ilə bərabər Qarabağda olmaqla - həm özünün ən əziz günlərindən birini fərdi tərcümeyi-halına və dövlətin tarixinə işğaldan azad edilmiş, işğaldan azad etdiyi torpağa yazdığını nümayiş etdirdi. Həm də bunu öz ailəsi ilə birlikdə etməklə Azərbaycan dövlətinin təməlinin, bünövrəsinin hər birimizin AİLƏsinin olduğunu bəyan etdi! İlham Əliyev Qarabağda ailəsi ilə birlikdə idi və bütün prinsipial bəyanatları da ailəsi ilə bir yerdə vermiş olurdu. Bu həm də o demək idi ki, qələbə bizim hər birimizin öz ailəmizə tədris və tövsiyə etməli olduğumuz, qorunmasını gələcək üçün ilk növbədə öz ailəmizə verdiyimiz əmrdir, tapşırıqdır. Burda bir başqa rəmz də var.

Və dekabr ayının 24-də, İlham Əliyevin ad günündə Heydər Əliyev Qarabağa gəlmişdi. Şuşaya gəlmişdi. Hadruta gəlmişdi. Bu həm də Heydər Əliyevin arzusunun yerinə yetməsi idi.

“Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir” (İlham Əliyev).

Doğrudan da xoşbəxtlikdir! Öz ad gününü, yubileyini qalib qarşılamaq, şanla, şərəflə geri aldığın ərazilərdə, uca bir məqamda məhz belə qarşılamaq, razılaşın ki, xoşbəxtlikdir. Amma həm də hər birimiz üçün məsuliyyətdir! Prezident öz ad günlərini keçirmə formatıyla həm də belə bir mesaj verir ki, bizim də müəyyən hesabatlarımız, özünəməxsus təqdimat aktlarımız olsun...

Tarix
2021.12.27 / 09:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla