Yuxarı

Putin Ərdoğanın təklifinə necə reaksiya verəcək? – Korıbko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı siyasi analitik Endryu Korıbkonun Axar.az-a müsahibəsi:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya liderlərini Türkiyəyə dəvət edib. Sizcə, tərəflər bu görüşə nə dərəcədə həvəslidirlər?

- Prezident Putin ukraynalı həmkarı arasında kənar vasitəçiliyi qəbul etməkdə o qədər də maraqlı görünmür. İkisi arasında hər hansı danışıqlar baş verərsə, çox güman ki, bu, birbaşa danışıqlar formatında baş tutacaq. Buna baxmayaraq, bu, hər ikisi ilə əla münasibətləri olan Prezident Ərdoğanın adına müsbət bir jestdir. Bu, Türkiyənin regionla bağlı balanslı siyasətini nümayiş etdirir.

- Sizcə, Ukrayna ABŞ-ın üzərindən keçib Türkiyənin danışıqlara vasitəçilik etməsinə icazə verərmi?

- Ukrayna çox güman ki, ABŞ və ya Türkiyə kimi dost ölkələrin vasitəçilik səylərini qəbul edəcək, baxmayaraq ki, Rusiyanın belə bir formatda danışıqlar aparması ehtimalı azdır. Çünki daha öncə də qeyd etdiyim kimi, Prezident Putin sadəcə təkbətək danışıqlarda iştirak etməyə üstünlük verir.

- Baş verən hadisələr fonunda Rəisinin Moskvaya səfəri təsadüfdürmü?

- Rəisi əvvəlki strateji tərəfdaşlıq paktının uzadılması, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən istifadəsinin genişləndirilməsi və İran iqtisadiyyatına, o cümlədən enerji sektoruna Rusiyanın potensial investisiyaları kimi qarşılıqlı maraq doğuran məsələlərə görə Rusiyaya gedir.

- Türkiyənin vasitəçiliyi ilə olması ehtimal edilən bu görüş reallaşacağı təqdirdə hansı nəticələr verə bilər?

- Əgər bu aşağı ehtimal reallaşarsa, tərəflər heç bir kənar vasitəçilik olmadan demək olar ki, təkbətək danışacaqlar. Bu halda, çox güman ki, ölkələrini siyasi normallaşma yoluna çıxarmağa çalışacaqlar.

Tarix
2022.01.20 / 10:00
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla