Yuxarı

Müdafiə nazirindən sərt kadr dəyişikliyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə nazirindən sərt kadr dəyişikliyi

Yeni təyin olunmuş müdafiə naziri general-polkovnik Zakir Həsənovun kadr islahatları davam edir.

"Axar.az"ın məlumatına görə bunu, "Modern.az" saytı hərbi ekspert Üzeyir Cəfərova istinadən xəbər verir ki, nazirliyin Şəxsi iş İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib.

"Dünəndən etibarən üç idarənin işinə nazirliyin Tərbiyəvi işlər İdarəsinin rəisi, general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.

Müdafiə Nazirliyində adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı çəkilən nazirliyin Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev Bərdə hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.
Nazir, general-polkovnik Zakir Həsənovun dünənki qərarları Müdafiə Nazirliyində şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb", - deyə hərbi ekspert vurğulayıb.

Tarix
2013.10.25 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü keçirildi - Foto

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Mətbuat dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla