Yuxarı

Tələbə və müəllimlər üçün yeni tələb qüvvəyə mindi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə və müəllimlər üçün yeni tələb qüvvəyə mindi

Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.

Axar.az xəbər verir ki, bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bu il fevralın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVİD-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. O cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna idi.

Qərara əsasən, bu gündən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. O cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.

Qeyd edək ki, bu gündən COVİD sertifikatlarının etibarlılıq müddəti COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Tarix
2022.02.15 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla