Yuxarı

Şimal Axını-2 dayandı: Rusiya nələr itirdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimal Axını-2 dayandı:

Rusiyanın Luqansk və Donetsk separatçı qurumlarını tanıması ilə Qərbin sanksiyalarına start verilib.

Axar.az xəbər verir ki, hələlik ilk ciddi sanksiya Şimal Axını-2 kəmərinin lisenziyasının ləğv edilməsidir. Almaniya kansleri Olaf Şolts artıq kəmərə verilən lisenziyanın ləğv edildiyini bildirib.

Şimal Axını-2 kəməri nədir və Rusiya üçün hansı önəm kəsb edirdi?

Hər şeydən öncə bu kəmər Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya nəqli üçün düşünülmüş plan idi. Hazırda Rusiya qazı Ukrayna vasitəsilə Avropaya ötürülür. Ukrayna bu tranzitdən həm ildə 3 milyard dollar gəlir əldə edir, həm də Rusiyaya iqtisadi təzyiq imkanı yaranır.

Rusiya bu gəliri və təzyiq imkanını Ukraynadan almaq üçün Şimal Axını-2 kəmərini inşa etmək qərarı vermişdi.

Şimal Axını-2 Rusiyadan Almaniyaya Baltik dənizi üzərindən 1234 km uzunluğunda olan əsas qaz kəməridir. Qaz kəməri beş ölkənin - Rusiya, Finlandiya, Danimarka İsveçin və Almaniyanın iqtisadi zonalarından və ərazi sularından keçir.

Şimal Axını-2 Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya – Leninqrad vilayətindəki Ust-Luqa limanından Qreyfsvalda qədər ildə ümumi 55 milyard kubmetr qaz nəqletmə imkanı verən iki kəmər xəttinin tikintisini nəzərdə tutur. 2017-cildən bəri layihənin yeganə səhmdarı “Qazprom” şirkətidir. Lakin Fransanın “Engie”, Avstriyanın OMV, İngiltərə və Niderlandın “Şell”, Almaniyanın “Uniper” və “Vinterşell” şirkətləri səhmdar qismində iştirak edir.

Kəmər 2019-cu ilin 4-cü rübündən gec olmayaraq başa çatdırılmalı idi. Lakin kəmərin tikintisi ABŞ sanksiyalarına görə gecikdi.

2017-ci il məlumatına görə, layihə təsisçisi “Qazprom”a 9,5 milyard avroya başa gəlməli idi. Bunun da yarısını Avropa şirkətləri “Engie”, OMV, “Şell”, “Uniper” və “Vinterşell” maliyyələşdirəcəkdi.

Şimal Axını-2-nin sertifikatlaşdırılmasının dayandırılması Rusiyaya yalnız ciddi maddi zərbə vurmadı, həm də Avropanın Rusiya qazından gələcək asılılığını aradan qaldırdı.

Tarix
2022.02.23 / 11:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla